30 
Sen
2022
02:22
17
126
2301
Virtual karabakh

Soyğunda öldürülən məşhur reperin qətlində qadın və yeniyetmə şübhəli biliniblər - VİDEO

30 Sen, 2022
02:22
2301

Soyğunda öldürülən məşhur reperin qətlində qadın və yeniyetmə şübhəli biliniblər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Soyğun zamanı qətlə yetirilən məşhur amerikalı reper və aktyor “PnB Rock”u (Rakim Haşim Allen) öldürməkdə şübhəli bilinən iki nəfər həbs edilib.

Bildirilir ki, şübhəlilər qadın və yeniyetmədir.

Bundan başqa, yeniyetmənin hazırda azadlıqda olan atası da cinayətdə ittiham olunur.

Xatırladaq ki, “PnB Rock” Los-Ancelesdə restoranda sevgilisi Stefani Sibunheuanq ilə nahar edərkən qarət edilib və ölümcül yaralanıb. Polisin məlumatına görə, soyğunçunun qurbanı silahla hədələdiyi barədə görüntülər var.

Cinayətkar artistin bütün qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçmışdı.

Qeyd edək ki, musiqiçi və bəstəkar kimi də şöhrət qazanan mərhum rep ifaçısının ən populyar mahnısı “Selfish” olub.

Onun iki azyaşlı qızı qalıb.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri