30 
Sen
2022
03:45
103
45
2293
Virtual karabakh

Kosmik teleskop ən qədim ulduz topalarının şəkillərini çəkib – FOTO

30 Sen, 2022
03:45
2293

Kosmik teleskop ən qədim ulduz topalarının şəkillərini çəkib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ceyms Uebb orbital teleskopu qədim qalaktikaların şəkillərini çəkib. Onlardan bəzilərində kainat tarixindəki ən qədim ulduz topaları görünür.

Bu barədə cümə axşamı Kanada Toronto Universitetinin mətbuat xidməti məlumat yayıb.

Tədqiqatçılar Yerdən 4,2 milyard işıq ili məsafədə Uçan Balıq bürcündə yerləşən SMACS J0723.3-7327 qalaktikaları çoxluğunu müşahidə ediblər. Alimlərin qeyd etdiyi kimi, qravitasiya linzalanması fenomeni və Ceyms Uebbin güclü optikası ilk dəfə olaraq insanlara belə uzaq qalaktikanın daxilində ulduz topalarının strukturunu öyrənməyə imkan verib.

Xatrıaladaq ki, Ceyms Uebb teleskopu keçən il dekabrın sonunda Yerin orbitinə buraxılıb. O, üç onillikdən artıqdır ki, orbitdə fəaliyyət göstərən Habl orbital rəsədxanasını əvəz etmək üçün nəzərdə tutulub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri