30 
Sen
2022
05:49
41
186
1833
Virtual karabakh

Hindistanda xəstənin mədəsindən 63 qaşıq çıxdı

30 Sen, 2022
05:49
1833

Hindistanda xəstənin mədəsindən 63 qaşıq çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda həkimlər xəstənin mədəsindən 63 qaşıq çıxarıblar.

Məlumata görə, kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə narahatlığın şişdən qaynaqlandığını düşünsələr də, yaxından müayinə etdikdən sonra təəccübləndilər. Məlum olub ki, xəstənin qarın boşluğunda 63 qaşıq olub.

hindistanlı iki saat davam edən təcili əməliyyata alınıb.

“35 illik karyeramda belə hala rast gəlməmişəm”, - proseduru həyata keçirən cərrah etiraf edib.

Xəstənin yaxınları onun yerli klinikalardan birində narkomaniyadan müalicə aldığını bildiriblər. Bundan əlavə, həkimlər kişinin psixi problemləri olduğu qənaətinə gəliblər.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri