Okt
2022
13:08
56
740
3559
Virtual karabakh

İranda azərbaycanlı yeniyetmə hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

1 Okt, 2022
13:08
3559

İranda azərbaycanlı yeniyetmə hökumət qüvvələri tərəfindən öldürüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda kütləvi etirazlarda öldürülən daha bir gənc qızın kimliyi məlum olub.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Sarina İsmayılzadə adlı yeniyetmə qız xüsusi təyinatlı qüvvələrin onun başına endirdiyi rezin dəyənək zərbələri nəticəsində həyatını itirib.

Hadisə sentyabrın 23-də Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib.

16 yaşlı azərbaycanlı Sarina İsmayılzadənin aldığı zərbələrdən kəllə sümüyünün zədələnməsi nəticəsində həlak olduğu qeyd edilir.

Xatırladaq ki, daha əvvəl 20 yaşlı cənubi azərbaycanlı Hədis Nəcəfinin Kərəc şəhərində aksiyalarda 10 güllə yarası alaraq həlak olması barədə xəbər yayılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri