Okt
2022
15:08
228
25
853
Virtual karabakh

Danimarka Ukraynaya görə Rusiya səfirini XİN-ə çağırdı

1 Okt, 2022
15:08
853

Danimarka Ukraynaya görə Rusiya səfirini XİN-ə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya səfiri Vladimir Barbin Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna Rusiya Federasiyasının Ukraynanın dörd bölgəsini ilhaq etmək qərarı səbəb olub.

Bu barədə Danimarka Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı Danimarka xarici işlər naziri Eppe Kofod fikrini bildirib. Nazir deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna vilayətlərinin bəzi hissələrini ilhaq etmək cəhdi “tamamilə dəlilikdir”.

“Ukraynanın şərqində keçirilən qondarma referendumlar heç bir legitimliyə malik deyil, beynəlxalq hüququn və tərəfdar olduğumuz bütün dəyərlərin pozulmasıdır. Danimarka Rusiyanın Ukraynanın sərhədlərini hərbi güclə dəyişdirmək cəhdini heç vaxt qəbul etməyəcək. Bu mesaj Kremlə tamamilə aydın olsun. Ona görə də Rusiya səfirini danışığa çağırmaq qərarına gəldim”, - deyə Kofod qeyd edib.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri