Okt
2022
14:52
361
48
7728
Virtual karabakh

Zelenski anons verdi: “Rusiyanın minlərlə vətəndaşına şamil olunacaq”

1 Okt, 2022
14:52
7728

Zelenski anons verdi: “Rusiyanın minlərlə vətəndaşına şamil olunacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Rusiya Federasiyasının minlərlə fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edəcək.

Sanksiyalar siyahısına həmçinin Donetsk, Luqansk, Zaporojye və Xersonda “referendum”ların keçirilməsində iştirak edənlər də daxil olunacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Bir çox əhəmiyyətli şəxslərə, Rusiyanın əhəmiyyətli müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq ediləcək. Təbii ki, sanksiyalar “referendum”da iştirak etmiş digər ölkələrin vətəndaşlarına da tətbiq olunacaq”, - deyə Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətində bildirib.

Onun sözlərinə görə, “referendum”un təşkilində və ya keçirilməsində iştirak edənlərin hamısı məsuliyyətə cəlb olunacaq.

Zelenski qeyd edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahısı həqiqətən genişdir. Eyni zamanda kifayət qədər tanınmış simalar da siyahıya daxil ediləcək.

“Ukrayna və tərəfdaşlarımızın sanksiyaları sinxronlaşdırılır”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri