Okt
2022
01:16
399
33
1889
Virtual karabakh

Polşa Belarusla sərhəddə 180 kilometrlik divar inşa edib

2 Okt, 2022
01:16
1889

Polşa Belarusla sərhəddə 180 kilometrlik divar inşa edib

Polşa hökuməti Belarusla sərhəd divarının tikintisini başa çatdırıb.

Bu barədə Polşa xüsusi xidmət orqanlarının əlaqələndirici nazirinin sözçüsü Stanislav Jarın oktyabrın 1-də özünün “Twitter” səhifəsində bildirib.

Divarın tikintisinə 2022-ci il yanvarın sonunda başlanılıb. Bu işlərə qaynar nöqtələrdən minlərlə miqrantın Belarus sərhədindən qanunsuz olaraq Polşaya daxil olmağa cəhd etdiyi zaman miqrasiya böhranının kəskinləşməsi səbəb olub.

İnşa edilmiş divar uzunluğu təxminən 180 km və hündürlüyü 5,5 metr olan polad hasardır.

Jarının sözlərinə görə, Polşa indi qeyri-qanuni giriş imkanını tamamilə əngəlləyib və Polşa sərhədi “Avropanın ən təhlükəsiz sərhəddi” olub.

Bildirilib ki, divarın effektivliyi elektron sensorlar və müşahidə kameraları vasitəsilə daha da artırılacaq.

Mənbə: rossaprimavera.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri