Okt
2022
01:40
168
24
1712
Virtual karabakh

Maduronun qohumlarını amerikalı menecerlərlə dəyişdilər

2 Okt, 2022
01:40
1712

Maduronun qohumlarını amerikalı menecerlərlə dəyişdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ və Venesuela arasında məhbus mübadiləsi aparılıb.

Yeddi amerikalı Vaşinqtona, Venesuela prezidenti Nikolas Maduronun iki qohumu isə Karakasa təhvil verilib.

Bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.

Mübadilədən əvvəl diplomatlar arasında uzun illər davam edən danışıqlar aparılıb. Vətənə qayıdan amerikalılar arasında “Citgo Petroleum” nəqliyyat şirkətinin menecerləri, həmçinin Dəniz Piyadaları Korpusunun veteranı da var.

“Bu gün Venesuelada illərlə qanunsuz həbsdən sonra biz Xorxe Toledo, Tomeu Vadella, Alirio Zambrano, Xose Luis Zambrano, Xose Pereyra, Metyu Hit və Osman Xanı vətənə gətiririk. Bu insanlar tezliklə ailələrinə qovuşacaqlar”, - Bayden deyib.

Bir müddət öncə dövlət başçısı bəyan etmişdi ki, danışıqlar uğurlu olarsa, Venesuelaya qarşı sanksiyaları yumşaltmağa hazırdır.

Mənbə: rbc.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri