26 
Fev
2015
11:33
119
77
2535
Virtual karabakh

Rusiyalılar Putinin ətrafında birləşirlər

26 Fev, 2015
11:33
2535

Rusiyalılar Putinin ətrafında birləşirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidentinin dəstək reytinqi 80%-i ötüb.

“Levada” mərkəzinin apardığı fevral sorğusuna əsasən, Rusiya prezidenti Vladimir Putinin siyasətinə dəstək reytinqi 86%-ə çatıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə sorğunun nəticələrinə əsasən “İnterfaks” xəbər yayıb.

Beləliklə, 2015-ci ilin yanvarı ilə müqayisədə rusiyalıların Putinə inamları 1% artıb.

Tədqiqatın nəticələrinə əsasən, hazırda ölkə vətəndaşlarının 13%-i dövlət başçısının işindən razı deyil.  

Rusiyanın Baş naziri Dmitri Medvedevin fəaliyyətinə isə rəyi soruşulanların 64%-i müsbət yanaşır, 60% isə hökumətin işindən razıdır.

Sorğu 20-23 fevral tarixlərində keçirilib və Rusiyanın 46 regionunda 134 yaşayış məntəqəsində yaşayan 1,6 min nəfəri əhatə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri