Okt
2022
12:36
63
19
669
Virtual karabakh

Bolqarıstanda parlament seçkilərində keçmiş baş nazirin partiyası liderlik edir

3 Okt, 2022
12:36
669

Bolqarıstanda parlament seçkilərində keçmiş baş nazirin partiyası liderlik edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində keçmiş baş nazir Boyko Borisovun partiyası GERB-SDS (Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyası Demokratik Qüvvələr İttifaqı ilə koalisiyada) lider olub.

Bu barədə Bolqarıstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Məlumata görə, GERB-SDS 25,43% səs toplayıb və 67 deputat mandatı əldə edə bilər.

“Dəyişikliklərə davam edirik” koalisiyasına seçicilərin 20,21%-i (55 mandat), Hüquq və Azadlıqlar Hərəkatına (DPS) - 13,56% (35), “İntibah” partiyası üçün - 10,17% (26), “Bolqarıstan üçün Bolqarıstan Sosialist Partiyası” koalisiyası üçün - 9,34% (24), “Demokratik Bolqarıstan” bloku üçün - 7,45% (20), “Bolqarıstan oyanışı” birliyi üçün - 4,65%-i (13) səs verib.

Qalan siyasi birliklər isə 4 faizlik seçki baryerini keçə bilməyib.

Qeyd edək ki, Bolqarıstan MSK-nın seçkilərin yekun nəticələrini elan etməsi üçün dörd gün vaxtı var.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri