Okt
2022
13:06
26
420
3514
Virtual karabakh

Ukraynada humanitar yardım daşıyan iki azərbaycanlı həlak olub - VİDEO

3 Okt, 2022
13:06
3514

Ukraynada humanitar yardım daşıyan iki azərbaycanlı həlak olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə üç həftədən sonra yenidən uzunmüddətli həyəcan siqnalı verilib.

“Ötən gecə Ukraynanın mərkəzi və cənub şəhərləri raket atəşinə tutulub. Xüsusilə, Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan əraziləri çoxsaylı raket atəşinə məruz qalıb ki, onların arasında “S-300” raket kompleksləri də var”, - deyə əlavə edilib.

O da bildirilib ki, Zaporojyedə humanitar karvanlar da raket atəşinə məruz qalıb. 

“Həlak olanlar arasında azərbaycanlılar da var. Belə ki, Ukraynanın işğalda olan kəndlərinə Zaporojyenin digər hissələrindən humanitar yardım aparan Əfqan və Elşad adlı azərbaycanlılar raket hücumu nəticəsinə həyatlarını itiriblər”, - deyə qeyd edilib.

Ətraflı videonu təqdim edirik:

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri