Okt
2022
17:18
345
39
772
Virtual karabakh

Boris Conson Ukrayna dostluq qrupuna rəhbərlik edəcək

3 Okt, 2022
17:18
772

Boris Conson Ukrayna dostluq qrupuna rəhbərlik edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının Ukrayna dostluq qrupunun yeni rəhbəri olacaq.

Qrupun hazırkı rəhbəri, keçmiş mədəniyyət naziri Con Vittinqdeyl Mühafizəkarlar Partiyasının qurultayı çərçivəsində öz varisini elan edib.

Onun sözlərinə görə, Conson bir çox cəhətdən bu təşkilata rəhbərlik etmək üçün ən bariz və layiqli şəxsdir.

“Çünki o, təkcə bu ölkədə deyil, həmçinin bütün Qərb dünyasında bu qədər qətiyyətlə Ukrayna xalqına dəstək verən ilk şəxs olub”, - deyə o qeyd edib.

Consonun özü tədbirdə iştirak etməyib.

“Boris təəssüflənir ki, bu gün bizə qatıla bilmir. Lakin o, hamımızın inandığı şeylərə və Ukraynaya davamlı dəstəyimizə tam dəstəyini ifadə edib”, - deyə Vittinqdeyl vurğulayıb.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri