Okt
2022
16:06
411
71
3131
Virtual karabakh

Kadırovun üç oğlu tezliklə müharibəyə yollanacaq - VİDEO

3 Okt, 2022
16:06
3131

Kadırovun üç oğlu tezliklə müharibəyə yollanacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çeçenistan Prezidenti Ramzan Kadırovun üç oğlu tezliklə müharibə zonasına yollanacaq.

Kadırov qeyd edib ki, Axmat, Eli və Adam müvafiq olaraq 16, 15 və 14 yaşındadırlar. Onların hərbi hazırlığı isə demək olar ki, kiçik yaşlarından başlayıb.

“Onlara müxtəlif silahlarla necə davranmaq, istənilən məsafədən necə atış etmək, nəzəri əsaslar və s. öyrədilir. Mən həmişə hesab etmişəm ki, hər bir atanın əsas məqsədi oğullarına Allah xofunu aşılamaq, ailəni, xalqı, Vətəni qorumağı öyrətməkdir. Sülh istəyirsənsə, müharibəyə hazırlaş!

Axmat, Eli və Adam öz bacarıqlarını döyüş zonasında istifadə etməyə hazırdırlar. Mən zarafat etmirəm. Əsl mübarizədə özlərini göstərmək vaxtıdır və bu, onların istəyidir, mən ancaq alqışlayıram. Tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən çətin hissələrində olacaqlar”, - deyə o bildirib.

Mənbə: “Kadyrov_95 “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri