Okt
2022
16:48
47
285
1035
Virtual karabakh

Təbrizdə etiraz aksiyaları zamanı gənc müğənni həbs edildi - FOTO

3 Okt, 2022
16:48
1035

Təbrizdə etiraz aksiyaları zamanı gənc müğənni həbs edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 1-də Təbrizdə baş tutan kütləvi etirazlarda gənc azərbaycanlı müğənni Arəş İffəti həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

Qeyd olunur ki, özünün yeni musiqi əsərini yazdırmağa hazırlaşan gənc müğənni Təbrizdə küçə etirazlarının ikinci günündə döyülüb, alın nahiyəsi zədələnib, barmağı sınıb.

Yaxınları ondan müalicə olunması üçün küçəyə çıxmamasını istəsələr də, güneyli gənc qorxmayaraq etirazlara qatılıb və həbs olunub.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan etiraz aksiyaları artıq üç həftəyə yaxındır ki, davam edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri