Okt
2022
17:51
89
538
5663
Virtual karabakh

Xamenei etirazlardan sonra ilk dəfə ictimaiyyət arasına çıxaraq açıqlama verib

3 Okt, 2022
17:51
5663

Xamenei etirazlardan sonra ilk dəfə ictimaiyyət arasına çıxaraq açıqlama verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür ölüm xəbərləri yayılan İranın ali dini rəhbəri Seyid Əli Xamenei hərbi zabit universitetlərinin buraxılış mərasimindəki çıxışında ölkədəki son hadisələr barədə danışıb.

“Açıq şəkildə deyə bilərəm ki, bu hadisələr ABŞ, İsrail və onun ardıcılları tərəfindən layihələndirilib. Onların əsas problemi güclü, müstəqil və inkişaf etmiş İrandır”, - deyə o, etiraz aksiyaları başlayandan sonra ilk dəfə bu barədə fikirlərini açıqlayıb.

Xamenei onu da deyib ki, baş verənlərdən ən çox təhlükəsizlik qüvvələri, könüllü xalq qüvvələri və İran milləti zərər çəkib.

“Gənc qız baş verən hadisələr zamanı həyatını itirdi, biz də məyus olduq, ancaq araşdırma aparılmadan və sübut olmadan bəzilərinin küçələrə çıxması, Quranı yandırması, məscidləri, camaatın avtomobillərini yararsız hala salması təbii reaksiya deyildi. Təbii ki, bu, planlaşdırılmış xaosdur. Gənc qız məsələsi olmasaydı, başqa bəhanə tapacaqdılar”, - deyə Xamenei bildirib.

O həmçinin xatırladıb:

“Dünyanın çox yerində xaos yaşanır. Belə şeylər vaxtaşırı Avropada, Fransada - Parisdə olur. Bəs görəsən, ABŞ prezidenti, ABŞ-ın Nümayəndələr Palatası nə vaxtsa xaosa səbəb olanları dəstəkləyib və onlar üçün bəyanat veriblər? Keçmişdə sizin yanınızdayıq deyə hansısa mesajı veriblərmi?”

Xamenei həmçinin vurğulayıb ki, amerikalıların təəssüf və kədər jestləri də yalandır.

Mənbə: Tasnim

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri