Okt
2022
21:09
35
346
1720
Virtual karabakh

Saakaşvili ilə Nobel mükafatı laureatı həkimin görüşünə icazə verilmir

3 Okt, 2022
21:09
1720

Saakaşvili ilə Nobel mükafatı laureatı həkimin görüşünə icazə verilmir

Nobel Sülh Mükafatı laureatı olan tanınmış amerikalı həkim Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilini müayinə etmək üçün Tbilisidəki “Vivamed” klinikasına daxil olmaq istəyir.

“Doktor Ceyms Kobe buradadır və Mixail Saakaşvili ilə görüşü gözləyir... Gürcüstan tarixində ilk dəfə olaraq Nobel Sülh Mükafatlı həkim xəstəni ziyarət etmək və prezident Saakaşvilinin vəziyyətini qiymətləndirmək üçün gəlib, lakin o, hələ də içəri buraxılmayıb”, - deyə siyasətçinin amerikalı vəkili Massimo Danqelo jurnalistlərə bildirib.

Məlumata görə, doktor Ceyms Kobi ortoped-cərrahdır. 1997-ci ildə Minaların Qadağan edilməsi üzrə Beynəlxalq Hərəkatın könüllü həmtəsisçisi kimi Nobel Sülh Mükafatını alıb.

Siyasətçinin digər vəkili Şalva Xaçapuridzenin aydınlaşdırdığı kimi, Gürcüstan Səhiyyə Nazirliyinin Tibbi Tənzimləmə Agentliyi sənədləşmə ilə bağlı problemləri əsas gətirərək hələlik həkimin keçmiş dövlət başçısını ziyarət etməsinə icazə verməyib.

“Problem ondadır ki, cənab Kobi guya son illərdəki işləri təsdiq edən sənəd təqdim etməyib”, - Xaçapuridze bildirib.

Amerikalı mütəxəssisin tez bir zamanda qəbul edilməsi üçün vəkillər ABŞ və Ukraynanın Gürcüstandakı səfirliklərinə müraciət ediblər. Bundan əlavə, problemlə bağlı Gürcüstanın Xalq Müdafiəçisinin Ofisi məlumatlandırılıb.

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili bildirib ki, Ceyms Kobenin tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almaq məqsədilə təqdim etdiyi sənədlər natamam olub, ona görə də ərizə təmin edilməyib.

Xatırladaq ki, prezidentlik müddətini başa vurduqdan sonra Ukraynada yaşayıb-işləyən Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb və bundan sonra saxlanılaraq həbs edilib.

Siyasətçinin səhhəti iki aclıq aksiyasından sonra xeyli pisləşib. Dörd aydan çoxdur ki, Saakaşvili Tbilisidəki “Vivamed” klinikasında saxlanılır.

Mənbə: apsny.ge

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri