Okt
2022
23:10
69
162
6295
Virtual karabakh

Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı - FOTO

3 Okt, 2022
23:10
6295

Mask Rusiya və Ukrayna arasında münaqişənin həlli yolunu təklif etdi və cavabını aldı - FOTO

Amerikalı iş adamı İlon Mask Rusiya ilə Ukrayna arasında münaqişəni həlli yolunu təklif edib.

Bu barədə o, bazar ertəsi özünün “Twitter” yazıb.

Mask ilk addım olaraq BMT-nin nəzarəti altında Rusiyanın bu yaxınlarda ilhaq etdiyi ərazilərdə yenidən referendumların keçirilməsini təklif edib.

“Xalq iradəsini ortaya qoyarsa, Rusiya bu əraziləri tərk etməlidir. Krım 1783-cü ildən (Xruşşovun səhvindən əvvəl) olduğu kimi, formal olaraq Rusiyanın bir hissəsi olacaq. Bundan sonra yarımadaya su verilməsini təmin etmək lazımdır. Ukrayna isə neytral qalmalıdır”, - Mask qeyd edib.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak dünyanın ən varlı adamı olan Maska cavab verib.

“İlon Maks, daha yaxşı sülh planı var: Ukrayna öz ərazilərini, o cümlədən ilhaq edilmiş Krımı azad edir, Rusiya artıq başqalarını təhdid edə bilməməsi üçün demilitarizasiya və məcburi denuklearizasiyaya məruz qalır, hərbi cinayətkarlar beynəlxalq tribunal qarşısına çıxarılır”, -deyə Podolyak bildirib.

Qeyd edək ki, Maskın paylaşımından sonra “Tesla”nın səhmləri kəskin şəkildə ucuzlaşıb.

Milyarder bununla da sakitləşməyərək bu dəfə sosial şəbəkə istifadəçilərindən Donetsk və Luqansk vilayətlərində, eləcə də Krımda yaşayan insanların iradəsinin nəzərə alınmalı olub-olmadığını soruşmaq qərarına gəlib.

Eyni zamanda o yazıb ki, Krım bölgəsində hərbi əməliyyatlar başlayarsa, Rusiyanın “tam səfərbərliyə” start verə biləcəyi üçün Ukraynanın müharibədə qələbəsi “çox çətin”dir.

Podolyak artıq Maskın yeni sorğusuna da cavab verib.

“Silahlı təqiblər, kütləvi edamlar və işgəncələr şəraitində keçirilən psevdoreferendumları legitimləşdirməyə çalışırsınız? Yanlış yoldur”, - deyə Podolyak bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski isə İlon Maskın təşəbbüsünə cavab olaraq “Twitter”də öz sorğusunu yaratmaq qərarına gəlib. O, istifadəçilərdən Ukraynanı, yoxsa Rusiyanı dəstəkləyən İlon Maskı daha çox bəyəndiklərini soruşub.

Qeyd edək ki, Maskın profilinin “sındırılma” ehtimalı da var. Çünki milyarderin tvitləri onun ümumi ünsiyyət tərzinə uyğun gəlmir və onun Ukrayna müharibəsi ilə bağlı daha əvvəl açıq elan etdiyi mövqeyi ilə köklü şəkildə ziddiyyət təşkil edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri