Okt
2022
12:55
79
13
654
Virtual karabakh

ABŞ rəsmisi: “Pxenyanın indiyədək verdiyi yeganə cavab daha çox raket buraxılışıdır”

4 Okt, 2022
12:55
654

ABŞ rəsmisi: “Pxenyanın indiyədək verdiyi yeganə cavab daha çox raket buraxılışıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya və Çin Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı öhdəliklərinə əməl etməlidirlər”.

Bunu ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink deyib. O, Şimali Koreyanın Yaponiya üzərindən ballistik raket buraxmasını “uğursuz” və “sabitliyi pozan” hərəkət adlandırıb.

Diplomatın sözlərinə görə, buna baxmayaraq, ABŞ dialoqa hazırdır. O həmçinin vurğulayıb ki, Çin Şimali Koreyanın sahil sularında sanksiyalardan yayınmaması üçün daha çox iş görməlidir. Pekin və Rusiya Pxenyanın satınalma şəbəkələrini bağlamaq üçün çalışmalıdırlar.

“Biz [Şimali Koreyanı] dialoq yolunu tutmağa, ciddi və davamlı diplomatiya yürütməyə və sabitliyi pozan fəaliyyətlərdən çəkinməyə çağırırıq”, - deyə Kritenbrink bildirib.

Onun sözlərinə görə, Pxenyanın indiyədək verdiyi yeganə cavab daha çox raket buraxılışıdır.

Diplomat həmçinin Çin və Rusiyanı da kəskin tənqid edib.

“Ehtiyat edirik ki, Çin və Rusiyanın öhdəliklərini tam yerinə yetirə bilməməsi Şimali Koreyanı daha da cəsarətləndirib”, - deyə o qeyd edib.

Kritenbrink bəyan edib ki, ABŞ müttəfiqlərini qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Onun sözlərinə görə, dialoq üçün qapını açıq qoymaqla Vaşinqton Şimali Koreyadan artan təhlükəyə “qətiyyətlə cavab verəcək”.

Mənbə: Focus.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri