Okt
2022
13:20
8
172
1103
Virtual karabakh

Qazaxıstanda silah mağazasında ölümlə nəticələnən partlayışın səbəbi açıqlanıb – FOTO/VİDEO

4 Okt, 2022
13:20
1103

Qazaxıstanda silah mağazasında ölümlə nəticələnən partlayışın səbəbi açıqlanıb – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın Kostanay şəhərində silah mağazasında dörd nəfərin ölümü ilə nəticələnən partlayışa səbəb barıtın saxlanması qaydalarının pozulması olub.

Bu barədə Qazaxıstan Prokurorluğunun mətbuat xidməti xəbər yayıb.

“Müstəntiqlər müəyyən ediblər ki, hadisə baş verən ərəfədə mağaza müdiri satış üçün 40 kiloqram “Sokol” markalı barıt alıb. Barıt 36 dərəcə temperaturda təhlükəli yüklərin daşınması qaydaları pozularaq alıcıya çatdırılıb. Daha sonra saxlanılmaq üçün zirzəmiyə yerləşdirilib. Ekspertlər belə qənaətə gəliblər ki, partlayışa səbəb barıtın alışması olub. Hazırda istintaq təqsirkarların məsuliyyət dərəcəsini müəyyənləşdirir”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, hadisə zamanı daha 11 nəfər xəsarət alıb. Onların hamısı mağazanın işçiləri olub. Bundan başqa, qonşu ticarət obyektlərinə və yaşayış binalarına da ziyan dəyib.

Mənbə: Ktk.kz

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri