Okt
2022
03:06
13
209
1468
Virtual karabakh

Nigeriyada “Lassa” qızdırması epidemiyası: 102 bölgəyə yayılıb

5 Okt, 2022
03:06
1468

Nigeriyada “Lassa” qızdırması epidemiyası: 102 bölgəyə yayılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən “Lassa” qızdırması epidemiyasından 172 nəfər həyatını itirib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi açıqlama verib.

Qeyd edilir ki, son bir həftədə altı nəfərdə “Lassa” qızdırması müşahidə edilib, xəstəlikdən bir nəfər ölüb.

Yanvar ayından ölkədə “Lassa” qızdırmasına yoluxanların sayı 929-a çatıb.

Xəstəlik ölkənin 25 əyalətinin 102 bölgəsinə yayılıb.

Nigeriya hökuməti xəstəliyin müalicəsi üçün üç dərmanın müəyyən edildiyini açıqlayıb.

Hər il quraqlıq dövrünün yaşandığı noyabr və may aylarında artan “Lassa” qızdırması epidemiyasında ötən il 102 nəfər dünyasını dəyişib.

Xəstəlik ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqində, Borno əyalətində aşkar edilib.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri