Okt
2022
03:38
41
139
1995
Virtual karabakh

Rusiya indi də Avropa ölkələri ilə sərhədində çağırış məntəqələri qurub

5 Okt, 2022
03:38
1995

Rusiya indi də Avropa ölkələri ilə sərhədində çağırış məntəqələri qurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyadan çıxışda kilometrlərlə tıxacın yarandığı Pskov vilayətində keçid məntəqələrində mobil hərbi komissarlıqlar yerləşdirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə vilayətin qubernatoru Mixail Vedyornikov özünün “Telegram” kanalında xəbər verib.

Onun sözlərinə görə, sərhədlərə insan axını çox böyükdür.

“Gedənlər arasında çoxlu Ukrayna vətəndaşı var, lakin çağırış yaşında olan Rusiya vətəndaşları da az deyil”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Pskov bölgəsi Estoniya və Latviya ilə həmsərhəddir.

Bundan əvvəl Latviya hökuməti Rusiyada elan edilən səfərbərliklə bağlı Pskov vilayəti ilə həmsərhəd rayonlarda fövqəladə vəziyyət rejimi tətbiq edib.

Xatırladaq ki, Rusiya GürcüstanQazaxıstanla sərhəddə də müvəqqəti qismən səfərbərlik məntəqələri yaradıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri