Okt
2022
15:48
191
15
1022
Virtual karabakh

Rusiyalı səfir Norveç XİN-ə çağırılıb

4 Okt, 2022
15:48
1022

Rusiyalı səfir Norveç XİN-ə çağırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Oslodakı səfiri Teymuraz Ramişvili Norveç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Norveç diplomatik nümayəndəliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Teymuraz Ramişvilinin Norveç XİN-ə çağırılmasına səbəb Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq etmək üçün keçirdiyi “referendum” olub.

Xatırladaq ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Mənbə: Regjeringen.no

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri