Okt
2022
17:12
286
19
1366
Virtual karabakh

Estoniya həbs olunan rusiyalıdan müsadirə etdiyi dronları Ukraynaya verdi - FOTO

4 Okt, 2022
17:12
1366

Estoniya həbs olunan rusiyalıdan müsadirə etdiyi dronları Ukraynaya verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniya bu ilin iyulunda ikili vətəndaşlığı olan rusiyalıdan müsadirə etdiyi dronları Ukrayna hərbçilərinə təhvil verib.

Dronların rusiyalı tərəfindən Rusiya ordusu üçün ölkədən çıxarılmağa çalışıldığı bildirilib.

Bu barədə Estoniyanın Ukraynadakı səfirliyi məlumat yayıb.

“Rusiya ordusu üçün ölkədən dronlar çıxarmağa cəhd edən, Estoniya və Rusiyanın ikili vətəndaşlığına sahib olan şəxsi xatırlayırsınızmı? Polis onu həbs etməklə yanaşı, müsadirə etdiyi dronları da Ukrayna ordusuna təhvil verib”, - deyə səfirliyin “Twitter” hesabında qeyd edilir.

“Dronlar nəhayət Ukraynaya çatıb”, - deyə Estoniya polisi bildirib.

Xatırladaq ki, iyulda Tallinn məhkəməsi Pskov vilayətinin sakini Vladimir Şilovu dörd aylıq həbs cəzasına məhkum edib. O, Rusiya ordusu üçün nəzərdə tutulan dronları Estoniyadan Rusiyaya qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib. Şilov xarici dövlətin təcavüz aktına bilərəkdən və bilavasitə töhfə verməkdə təqsirli bilinib.

Mənbə: Yevropeyskaya pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri