Okt
2022
07:27
74
436
7460
Virtual karabakh

Rusiyada səfərbər olunmuş hər kişinin əvəzinə beş kq balıq veriləcək - FOTO

5 Okt, 2022
07:27
7460

Rusiyada səfərbər olunmuş hər kişinin əvəzinə beş kq balıq veriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Saxalin vilayətində səfərbər olunanların yaxınlarına beş kiloqram balıq veriləcək.

Bu barədə “Vahid Rusiya” partiyasının vilayət icraiyyə komitəsinin rəhbəri Mixail Şuvalov bəyan edib.

O qeyd edib ki, Saxalinə doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb.

“Saxalin vilayətinin hökuməti balıqçılıq sənayesi ilə razılığa gəlib və rayona doqquz tona yaxın təzə dondurulmuş balıq ayrılıb... Yaxın gələcəkdə Saxalin vilayətində 180 nəfərdən ibarət könüllülər səfərbər edilmiş sakinlərin ailələrinə adambaşına beş-altı kiloqram balıq verəcək”, - deyə Şuvalov bildirib.

Qeyd edək ki, bundan əvvəl Tuvada səlahiyyətlilər hər səfərbərliyə cəlb olunmuş çağırışçıya görə ailəyə bir diri qoyun verməyə başlayıblar.

Mənbə: İasax.kom

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri