Okt
2022
07:00
401
21
2257
Virtual karabakh

Türkiyə parlamentinin binasında 55 pişik məskunlaşıb

5 Okt, 2022
07:00
2257

Türkiyə parlamentinin binasında 55 pişik məskunlaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə parlamenti kompleksində 55 pişik yaşayır.

Parlamentin əməkdaşlarından biri olan Nur Küçükün sözlərinə görə, kompleksdə xüsusi ab-havanın yaranmasına pişiklər cavabdehdir.

O, pişik balaları və yetkin heyvanlar üçün müxtəlif yemlərin alındığını, TBMM sədri Mustafa Şentopun göstərişindən sonra ev heyvanlarının gündə 3 dəfə yemləndiyi kompleksin ərazisində yemləmə üçün xüsusi yerlərin müəyyən edildiyini diqqətə çatdırıb.

“Bunlar bizim parlamentə fərqli ab-hava gətirən balaca bədheybətlərimizdir. Bu da onların evidir”, - deyə Küçük bəyan edib.

O əlavə edib ki, keçən ay pişiklərdən biri üç bala dünyaya gətirib.

“Parlamentə gələn qonaqlar ərazidə heyvanlarla rastlaşanda həmişə sevinirlər - pişikləri sığallayır və şəkil çəkdirirlər”, - deyə Küçük qeyd edib.

Mənbə: Hüriyyet

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri