Okt
2022
15:51
112
354
6453
Virtual karabakh

İranda baş verən zəlzələdə yaralıların sayı 500-ü keçdi - YENİLƏNİB + VİDEO

5 Okt, 2022
15:51
6453

İranda baş verən zəlzələdə yaralıların sayı 500-ü keçdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş verən zəlzələdə yaralıların sayı 530-a çatıb.

Xoy Tibb Fakültəsinin dekanı Müctəba Qəmərinin sözlərinə görə, zərərçəkənlərin çoxu evlərindən çıxarkən yaralanıblar.

11:04

İranın Xoy şəhərində baş verən 5,6 bal gücündə zəlzələdə 276 nəfər yaralanıb.

200 binada kiçik dağıntılar baş verib.

Yeraltı təkanlar ətraf şəhərlərdə də hiss edilib.

08:45

İranın şimalında yerli vaxtla saat 03:21-də 5,6 bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin cənubunda qeyd alınıb.

Ocağı təxminən 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub. Zəlzələ həmçinin Türkiyənin Van və Hakkari şəhərlərində də hiss olunub.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri