Okt
2022
09:32
205
76
1080
Virtual karabakh

Hindistanda faciə: Toya gedənləri aparan avtobus dərəyə yuvarlandı - FOTO

5 Okt, 2022
09:32
1080

Hindistanda faciə: Toya gedənləri aparan avtobus dərəyə yuvarlandı - FOTO

Hindistanın Uttarxand ştatında sərnişinləri daşıyan avtobus dərəyə aşıb.

Nəticədə azı 25 nəfər həlak olub.

Hadisə Pauri Qarhval rayonunda baş verib. 40-dan çox qonağı toya aparan avtobus dərəyə yuvarlanıb. Rayonun Simdi kəndi yaxınlığında qəza yerində gecə saatlarında həyata keçirilən xilasetmə əməliyyatı zamanı ümumilikdə 21 sərnişin xilas edilib.

Bütün yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri