Okt
2022
12:14
36
66
952
Virtual karabakh

Avropa Komissiyası Ukrayna sakinlərinə yod həbləri göndərdi: “Böhranları öncədən görməyə çalışırıq”

5 Okt, 2022
12:14
952

Avropa Komissiyası Ukrayna sakinlərinə yod həbləri göndərdi: “Böhranları öncədən görməyə çalışırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Komissiyası Ukraynaya beş milyon yod həbi göndərib.

Bu həblər atom elektrik stansiyasının yaxınlığında yaşayan insanlar üçün nəzərdə tutulub.

Bu barədə Humanitar Yardım və Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Yanez Lenarçiç məlumat verib.

“Biz artıq koronavirus pandemiyası zamanı öyrəndik ki, hadisələrə reaksiyamızı yalnız böhran zamanı göstərə bilmərik. Buna görə də indi gələcək böhranları proqnozlaşdırmağa çalışırıq. Və deməliyəm ki, proqnozumuz doğru çıxdı. Çünki müharibədən əvvəl də biz kimyəvi, bioloji, radioaktiv və fövqəladə nüvə hallarına hazırlaşırdıq. Biz indi atom elektrik stansiyasının təhlükəsi altında olan insanlar üçün Ukraynaya beş milyon yod həbi çatdıra bilmişik”, - deyə komissar qeyd edib.

Mənbə: UNİAN

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri