Okt
2022
11:26
334
34
1484
Virtual karabakh

Təbriz Universitetinin tələbələri: “Nə yaylıq, nə təhqir! Azadlıq və bərabərlik!” - VİDEO

5 Okt, 2022
11:26
1484

Təbriz Universitetinin tələbələri: “Nə yaylıq, nə təhqir! Azadlıq və bərabərlik!” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda ümumxalq etirazlarının 19-cu günü və ölkə üzrə ali təhsil müəssisələrində tətilin 4-cü günü Təbriz Universitetinin tələbələri aksiyaya davam ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, aksiyalar zamanı “Nə yaylıq, nə təhqir! Azadlıq və bərabərlik!” şüarını səsləndirən gənclər hökumətin məcburi hicab siyasətinə etiraz olaraq bununla bağlı tövsiyələrin yazıldığı banneri də cırıblar.

Xatırladaq ki, əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkəboyu başlayan aksiyalar hüquq mühafizəçiləri tərəfindən kobud şəkildə yatırılmasına, etirazçıların həbs olunmasına baxmayaraq səngimək bilmir. Bu günə qədər 1000-dən artıq aksiyaçı saxlanılıb, aralarında uşaqların da olduğu 80-dən artıq insan həlak olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri