Okt
2022
12:38
174
9
1465
Virtual karabakh

Gürcüstanda oliqarxlara qarşı qanun qəbul ediləcək

5 Okt, 2022
12:38
1465

Gürcüstanda oliqarxlara qarşı qanun qəbul ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gürcüstanda deoliqarxizasiya Ukrayna modeli əsasında həyata keçiriləcək”.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Biz çoxlu oliqarxlar tanıyırıq. Sabiq və indiki siyasətçilər, iş adamları var ki, onların yolunu getmək istəyirlər. Şübhəsiz ki, biz Avropa İttifaqının təsdiq etdiyi Ukrayna modelini əsas götürdük və deoliqarxizasiya təmin edəcək qanunu qəbul edəcəyik”, - deyə Gürcüstanın baş naziri vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün oliqarxlarla mübarizə və siyasi qütbləşmənin aradan qaldırılması daxil olmaqla 12 şərt yerinə yetirməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri