Okt
2022
21:52
350
54
971
Virtual karabakh

Boris Conson Lvov Universitetinin fəxri doktoru adına layiq görüldü - FOTO

5 Okt, 2022
21:52
971

Boris Conson Lvov Universitetinin fəxri doktoru adına layiq görüldü - FOTO

Ukraynanın İvan Franko adına Lvov Milli Universitetinin Elmi Şurası Böyük Britaniyanın keçmiş baş naziri Boris Consona “Fəxri doktor” (Doctor Honoris Causa) adı verib.

Bu barədə təhsil müəssisəsinin mətbuat xidməti “Facebook”da məlumat yayıb.

“Lvov Universitetinin Elmi Şurası Böyük Britaniyanın baş naziri (2019-2022) Boris Consonu “İvan Franko adına Lvov Milli Universitetinin Fəxri doktoru” (Doktor Honoris Causa)” adı ilə təltif edib”, - məlumatda qeyd edilir.

Universitet bildirib ki, bundan əvvəl britaniyalı siyasətçi Lvov Universitetinin akademik icmasının bir hissəsi olmağa rəsmi razılıq verib. Həmçinin yaxın gələcəkdə universitetə baş çəkməyə ümid etdiyini əlavə edib.

Mənbə: Ukrinform

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri