Okt
2022
14:50
23
117
1386
Virtual karabakh

Albaniya İranla NATO-nu üz-üzə qoymaqdan niyə vaz keçib?

6 Okt, 2022
14:50
1386

Albaniya İranla NATO-nu üz-üzə qoymaqdan niyə vaz keçib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Albaniya İrana aid edilən kiberhücumlara cavab olaraq NATO-nun Nizamnaməsinin beşinci maddəsindən istifadə imkanını nəzərdən keçiribmiş.

Bu barədə Albaniyanın Baş naziri Edi Rama bəyan edib.

Bununla belə, onun sözlərinə görə, ölkə eskalasiyanın qarşısını almaq üçün bu ideyadan imtina edib.

Rama iyul ayında hökumətin kompüter sistemlərinə edilən kiberhücumları “ölkəni bombalamaq”la müqayisə edib. O izah edib ki, Albaniyada dövlət xidmətlərinin 95%-i onlayn şəkildə təqdim olunur və kiberhücum dövlət qurumlarının fəaliyyətinin dayandırılmasına səbəb olub. O bildirib ki, hakerlər həssas hökumət məlumatlarını da silməyə cəhd ediblər, lakin buna nail ola bilməyiblər.

Xatırladaq ki, kiberhücumlara cavab olaraq Albaniya İranla diplomatik əlaqələri kəsib.

Onu da qeyd edək ki, NATO Nizamnaməsinin beşinci maddəsinə əsasən, alyansın üzvlərindən birinə hücum NATO-nun bütün üzvlərinə hücum kimi qiymətləndirilir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri