Okt
2022
19:07
207
22
2344
Virtual karabakh

İsveç “Şimal axını” kəmərlərində təxribatın baş verməsini təsdiqlədi

6 Okt, 2022
19:07
2344

İsveç “Şimal axını” kəmərlərində təxribatın baş verməsini təsdiqlədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveç Təhlükəsizlik Polisi (SAPO) “Şimal axını” sisteminin qaz kəmərlərində sızma yerlərinin təftişini başa çatdırıb.

“Təhlükəsizlik Polisi hadisə yerini araşdırdıqdan sonra müəyyən edib ki, İsveç iqtisadi zonasında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar baş verib və boru kəmərlərinə xeyli ziyan dəyib”, - SAPO-nun press-relizində bildirilib.

Təhlükəsizlik Polisi Milli Təhlükəsizlik Baş İdarəsinin prokurorluğunun rəhbərliyi altında “Şimal axını” hadisəsi ilə bağlı ilkin araşdırma aparıb. Hadisə yerinə baxış başa çatdıqdan sonra prokuror Mats Yunqkvist ətraf beş millik zonada naviqasiya qadağasını aradan qaldırıb.

O, cinayət yerindən dəlillərin götürüldüyünü və araşdırılacağını qeyd edərək, “İstintaqın təxribat versiyası ehtimalı güclənib”, - deyə vurğulayıb.

Mənbə: teknoblog.ru

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri