Okt
2022
00:40
30
203
5188
Virtual karabakh

Ukrayna hərbçilərinin hücumu zamanı “Starlink”də nasazlıqlar yaranır: Kimin əli var?

8 Okt, 2022
00:40
5188

Ukrayna hərbçilərinin hücumu zamanı “Starlink”də nasazlıqlar yaranır: Kimin əli var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna hərbçiləri kütləvi şəkildə “Starlink” terminallarının işində nasazlıqlar olduğunu bildirməyə başlayıblar.

Nasazlıqların xüsusən də Ukraynanın cənub-şərqindəki əks-hücumlar zamanı yarandığı iddia olunur.  

Bu barədə “Financial Times” məlumat verib.

Redaksiya heyətinin jurnalistləri Ukrayna hərbçiləri və yüksək rütbəli məmurları ilə anonimlik üzərinə danışıqlardan sonra bu qənaətə gəliblər.

“Bəzi kəsilmələr son həftələrdə əlaqənin katastrofik itkisi ilə nəticələnib”, - deyə Ukrayna hökumətinin yüksək rütbəli rəsmisi qeyd edib.

Onun sözlərinə görə, problem ən çox Xerson və Zaporojye vilayətləri ətrafında kəskinləşib. Lakin Xarkov, Donetsk və Luqanskın şərqində də cəbhə xətti boyunca rabitədə nasazlıqlar baş verib.

Ukrayna hakimiyyətinin başqa bir nümayəndəsi “Financial Times” jurnalistlərinə bildirib ki, rabitə problemləri son vaxtlar Ukrayna əsgərlərinin əraziləri azad edib cəbhə xəttini keçməsindən sonra yaranır.

Ukrayna Silahlı Qüvvələri üçün “Starlink” sistemlərini alan Ukrayna xeyriyyə fondlarından birinin koordinatoru Roman Sinisin də məsələyə fikrini bildirib. O, açıq şəkildə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin rabitə terminalı İlon Maskın şirkəti tərəfindən söndürülüb.

“Mənə aydındır ki, “Starlink” nümayəndələri bunu Rusiyanın işğalçı qüvvələrinin öz texnologiyalarından istifadə etmələrinin qarşısını almaq üçün edirlər”, - deyə Sinisin əlavə edib.

Mənbə: Focus.ua

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri