11 
Okt
2022
19:30
331
26
3312
Virtual karabakh

“Nissan” Rusiyanı tərk edərək aktivlərini 1 avroya dövlətə satır

11 Okt, 2022
19:30
3312

“Nissan” Rusiyanı tərk edərək aktivlərini 1 avroya dövlətə satır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyanın avtomobil istehsalçısı “Nissan” Rusiyadakı biznesini 1 avroya dövlət müəssisəsinə satacağını, şirkətin bu razılaşma nəticəsində 687 milyon dollar itirəcəyini açıqlayıb.

Söhbət Sankt-Peterburqdakı “Nissan” zavodundan, eləcə də Moskvadakı satış və marketinq mərkəzindən gedir.

“Nissan Manufacturing Russia MMC”nin bu aktivləri Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin tabeliyində olan NAMI dövlət şirkətinə veriləcək. Müqavilə “Nissan”a altı il ərzində biznesini geri almaq hüququ verəcək.

Məlumata görə, Rusiyada “Nissan” avtomobillərinə “AvtoVAZ” xidmət göstərəcək və ehtiyat hissələri tədarük edəcək.

Qeyd edək ki, Sankt-Peterburqdakı “Nissan” zavodu 2009-cu ildə avtomobil istehsalına başlayıb. 2021-ci ildə zavod istehsalını 17% artıraraq 45 min avtomobilə çatdırıb. Ötən il Rusiyada təxminən 51,5 min “Nissan” avtomobili satılıb. Şirkətin bazar payı 3,1% təşkil edib.

Mənbə: currenttime.tv

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri