14 
Okt
2022
16:46
432
11
1709
Virtual karabakh

MİT-dən uğurlu əməliyyat: PKK-nın Suriya qoluna ağır zərbə

14 Okt, 2022
16:46
1709

MİT-dən uğurlu əməliyyat: PKK-nın Suriya qoluna ağır zərbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyada həyata keçirdiyi əməliyyatla PKK/YPG-nin liderlərindən Nejdet Dağlareri zərərsizləşdirib.

“Geli Serhat” ləqəbli Nejdet Dağlarer Türkiyədəki fəaliyyəti və Suriyada Türkiyə Silahlı Qüvvələrinə qarşı fəaliyyətləri ilə MİT-in hədəf siyahısında olub.

Nejdet Dağlarer 2009-cu ildə Türkiyədəki fəaliyyətindən sonra 2016-cı ildə İraqa, oradan da Suriyaya keçib və uzun müddət Hələb bölgəsində fəaliyyət göstərib.

Təhlükəsizlik mənbələri bildirir ki, Suriyanın ən böyük terror qruplarından biri olan “Çavreş” briqadasının liderlərindən birinin zərərsizləşdirilməsi təşkilatın Suriyadakı strukturuna ağır zərbə vurub.

Mənbə: İHA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri