Mar
2015
22:16
176
23
5620
Virtual karabakh

Ərdoğan Azərbaycandan danışdı - VİDEO

3 Mar, 2015
22:16
5620

Ərdoğan Azərbaycandan danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər üç ölkə prezidenti bu il görüşəcək”.

Türkyə prezidenti Rəcab Tayyib Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşdən sonra Azərbaycanı da əhatə edən üçtərəfli layihədən söz açıb.

Oxu.Az-ın ANS TV-yə istinadən məlumatına görə, o, hər üç ölkə prezidentinin bu il görüşəcəyini söyləyib.

“Türkmənistan qazının Türkiyəyə və Türkiyə üzərindən Avropa bazarlarına daşınması məsələsi ilə bağlı fikir mübadiləsi apardıq. Bu arada təbii ki, aidiyyəti nazirliklər də eyni şəkildə bir araya gələrək fikir mübadiləsi aparıblar. Bəhs etdiyim bu məsələlərdə başda Azərbaycan olmaqla digər region ölkələri ilə də sıx bir dialoq və işbirliyi aparırıq. Bu məqsədlə Türkiyə-Türkmənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində üçtərəfli bir mexanizmi ötən il ərsəyə gətirmişik”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri