Noy
2022
11:10
18
101
1153
Virtual karabakh

Braziliyada etiraz aksiyasında faciə: Xeyli sayda ölən və yaralanan var - VİDEO

3 Noy, 2022
11:10
1153

Braziliyada etiraz aksiyasında faciə: Xeyli sayda ölən və yaralanan var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyada yeni prezident Luis İnasio Lula da Silvaya qarşı keçirilən mitinqdə faciəli hadisə baş verib.

Belə ki, naməlum şəxs avtomobilini insanların üzərinə sürüb.

Nəticədə 15 nəfər ölüb. Etiraz aksiyasının daha dörd iştirakçısı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, avtomobili idarə edən yeni dövlət başçısının “ağlını itirmiş” tərəfdarı ola bilər. Sürücünün həmçinin kartelin üzvü ola biləcəyi də ehtimal edilir.  

Yerli sakinlər cinayətkarı linç etmək istəyib, polis onu sakinlərin əlindən alıb.

Qeyd edək ki, oktyabrın 31-də keçirilən prezident seçkilərində Fəhlə Partiyasının lideri və Braziliyanın eks-prezidenti Luis İnasiu Lula da Silva qalib gəlib. Lula da Silvanın 77 yaşı var. O, 2003-2010-cu illərdə Braziliyaya rəhbərlik edib.

Mənbə: “Mash” “Telegram”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri