Noy
2022
16:03
171
80
2065
Virtual karabakh

Rusiyada hərbi xidmət müddəti uzadıla bilər

3 Noy, 2022
16:03
2065

Rusiyada hərbi xidmət müddəti uzadıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondaryov bildirib ki, Rusiya Silahlı Qüvvələrində hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər.

“Biz Müdafiə Nazirliyi, hərbi xidmətə çağırış xidməti və hüquq-mühafizə orqanları ilə məsləhətləşəcəyik. Düşünürəm ki, təklifimiz dəstəklənəcək”, - Viktor Bondaryov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin arsenalına yeni hərbi texnika daxil edilir və əsgərlərin onları bir ildə mənimsəmələri mümkün deyil.

Xatırladaq ki, buna bənzər təşəbbüslə bu ilin oktyabr ayında senator Vladimir Cabarov və Dövlət Dumasının deputatı Mixail Şeremet çıxış etmişdilər.

Mənbə: Svoboda.org

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri