Noy
2022
05:27
203
48
3312
Virtual karabakh

Səudiyyə Ərəbistanı ilk elektromobil markasını təqdim etdi

4 Noy, 2022
05:27
3312

Səudiyyə Ərəbistanı ilk elektromobil markasını təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı krallığın elektriklə işləyən avtomobillərin istehsalında ixtisaslaşan ilk avtomobil markası olan “Sir”i təqdim edib.

Bu barədə cümə axşamı krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman məlumat verib.

Məlumata görə, “Sir” həm yerli istehlakçılar üçün, həm də Yaxın Şərqdə satış üçün avtomobillər istehsal edəcək.

 Layihənin 150 milyon dollar həcmində xarici investisiya cəlb edəcəyi, 30 minə yaxın iş yerinin təmin ediləcəyi və 2034-cü ilə qədər onun gəlirliliyinin 8 milyard dollar olacağı gözlənilir.

Qeyd edək ki, “Sir” Səudiyyə Ərəbistanının Suveren Fondu və Tayvanın elektronika istehsalçısı “Foxconn” arasındaki birgə müəssisədir. Səudiyyə istehsalı olan ilk elektrik avtomobilləri 2025-ci ildə satışa çıxarılacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri