10 
Noy
2022
19:12
587
38
1660
Virtual karabakh

Ərdoğana Özbəkistanda İmam Buxari ordeni təqdim edildi

10 Noy, 2022
19:12
1660

Ərdoğana Özbəkistanda İmam Buxari ordeni təqdim edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk Dövlətləri Təşkilatlarının 9-cu Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Görüşdən sonra Özbəkistan dövlət başçısı Ərdoğana İmam Buhari ordenini təqdim edib.

“Bu ordenin mənə verilməsi hər mənada münasibətlərimizin konkret təzahürüdür. Mən bu mükafatı ölkələrimiz arasında əbədi qardaşlığın simvolu kimi qəbul edirəm. İmam Buharinin adını daşıyan bir universitetin burada yaradılması müsəlmanlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu ordenə görə əziz qardaşım Şavkat Mirziyoyevə minnətdarlığımı bildirmək istəyirəm. Mən tam əminəm ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağıq. İmam Buhari Universiteti çox mühüm elm və cazibə mərkəzi olacaq”, - deyə Türkiyə Prezidenti bildirib.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri