16 
Noy
2022
09:50
102
22
2621
Virtual karabakh

Aya qayıdış: Ən güclü raket Yerin təbii peykinə yollanır - VİDEO

16 Noy, 2022
09:50
2621

Aya qayıdış: Ən güclü raket Yerin təbii peykinə yollanır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Artemis 1” (“Artemida 1”) missiyası çərçivəsində “Space Launch System” (SLS) raket daşıyıcısı “Orion” kosmik gəmisini Aya çıxaracaq.

Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsindən (NASA) bildirilib.

Buraxılışın Floridadakı Kennedi Kosmik Mərkəzində yerli vaxtla saat 01:04-də (Bakı vaxtı ilə 10:04) baş tutması planlaşdırılır. Gəmi dekabrın 11-də Yerə qayıtmalıdır.

“Artemis 1” sınaq missiyasının bir hissəsi olaraq “Orion” kosmik gəmisi pilotsuz rejimdə Aya yollanmalı və bir neçə həftə onun orbitində qalmalıdır. Sonra Yerə qayıdacaq və Kaliforniya sahillərində Sakit okeana düşəcək.

Sınaq uçuşu SLS raketinin və “Orion” kosmik gəmisinin pilotlu missiyaya hazırlığını yoxlamaq üçündür.

“Boeing” korporasiyası tərəfindən hazırlanmış SLS reaktiv daşıyıcısı hazırda dünyanın ən güclüsüdür. Əsas versiyada o, 95 ton faydalı yükü orbitə çıxarmağa qadirdir. Daşıyıcı raketin perspektivli modifikasiyası daşıma qabiliyyətinin 130 tona qədər artırılmasını təmin etməlidir.

Xatırladaq ki, 2019-cu ilin yazında NASA üç mərhələdən ibarət olan “Artemis” proqramının layihəsini açıqlayıb.

Birinci mərhələ (“Artemis 1”) “Orion”un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir.

İkinci mərhələ (“Artemis 2”) göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur.

Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri