17 
Noy
2022
04:40
171
33
7159
Virtual karabakh

Çində qurumuş gölün dibindəki naxışlar görənləri heyrətləndirdi - FOTO

17 Noy, 2022
04:40
7159

Çində qurumuş gölün dibindəki naxışlar görənləri heyrətləndirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində qurumuş gölün dibində peyda olan naxışlar insanlarda təəccüb yaradıb. Şaidlərin fikrincə, bu rəsmlər o qədər gözəldir ki, sanki Yerdən kənar mənşəlidir.

Aylar boyu davam edən şiddətli quraqlıq Hunan əyalətindəki Donqtinq gölündən suyun təxminən 70%-nin buxarlanmasına səbəb olub. Gölün qırmızı, palçıqlı dibində gözəl təsvir nümunələri aşkar edilib.

Hu adlı yerli sakin yuxarıdan bu rəsmlərin bir neçə fotosunu çəkib və görüntüləri sosial şəbəkələrdə yerləşdirib.

Bəziləri naxışların yadplanetli sivilizasiyadan gələn bir mesaj olduğunu iddia edib,  digərləri isə gölün qurumasından daha çox narahat olduqlarını bildiriblər.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri