18 
Noy
2022
15:32
77
23
2570
Virtual karabakh

Qazanc öz işini gördü: “Twitter”in aktiv istifadəçilərinin sayı rekord həddə - FOTO

18 Noy, 2022
15:32
2570

Qazanc öz işini gördü: “Twitter”in aktiv istifadəçilərinin sayı rekord həddə - FOTO

“Twitter” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı yenidən rekord həddə çatıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə amerikalı milyarder İlon Mask özünün “Twitter” hesabında xəbər verib.

“Və... biz bu dəqiqə etibarilə “Twitter” istifadəçilərinin sayına görə rekord qırdıq”, – sahibkar öz səhifəsində yazıb.

Mask əvvəlki rekordu noyabrın 11-də elan etmişdi.

Amma hər iki halda istifadəçilərin dəqiq sayı açıqlanmayıb.

Noyabrın 7-də “The Verge” internet portalı daxili “Twitter” sənədinə istinadən yazıb ki, sosial şəbəkədən pul qazanan istifadəçilərin sayında gündəlik artım Maskın rəhbərliyinin ilk həftəsində rekord həddə çatıb; pul qazanan istifadəçilərin sayında gündəlik artım 20% artıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri