18 
Noy
2022
15:24
187
11
2174
Virtual karabakh

Ukraynada raketlərə qarşı xüsusi dayanacaqlar - VİDEO

18 Noy, 2022
15:24
2174

Ukraynada raketlərə qarşı xüsusi dayanacaqlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Nikolayev şəhərində sığınacaq tipli sərnişin dayanacaqlarının tikintisinə start verilib. 

Ukraynada gedən müharibədə son günlər Rusiyanın raket zərbələrinin intensivləşməsi fonunda bu tip sığınacaqların Nikolayevlə yanaşı, Xarkov, Çerniqov, Kiyev və digər şəhərlərdə də inşasına başlanılıb. Buna səbəb şəhərin mərkəzi küçələrinin, əsasən də insanların sıx toplaşdığı yerlərin mütəmadi raket və dron zərbələrinə məruz qalmasıdır. 

Mühəndis Yevgeni Mixalenkonun sözlərinə görə, tikililər hər növ ağır artilleriya atəşinə qarşı hesablanıb. Hazırda şəhərdə 10 belə dayanacaq var, saylarının artırılması nəzərdə tutulur.
“Bu sığınacaq tipli dayanacaqlar daha çox yaz aylarında lazım idi. O vaxtdan indiyədək düşmənin intensiv şəkildə atdığı mərmilərdən nə qədər insanımız öldü. Son günlər şəhərə raket zərbələri səngiyib, amma bu sığınacaqlar təhlükəsizlik üçün çox təminatlıdır”, - deyə Nikolayev sakini Oleq Kerşov qeyd edib.

Qeyd edək ki, son vaxtlar Ukraynada daha çox şəhərlərin mərkəzi küçələrinin Rusiyanın artilleriya hücumlarına məruz qalması səbəbi ilə xeyli insan həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri