21 
Noy
2022
03:48
386
32
1458
Virtual karabakh

İsraildən birbaşa Qətərə ilk sərnişin təyyarəsi yola düşdü

21 Noy, 2022
03:48
1458

İsraildən birbaşa Qətərə ilk sərnişin təyyarəsi yola düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətərdə futbol üzrə Dünya Çempionatının başlaması münasibətilə İsrail və ərəb ölkəsi arasında ilk birbaşa sərnişin reysi bazar günü həyata keçirilib.

Məlumata görə, Tel-Əviv-Doha marşrutu üzrə uçuşu əsas səhmdarlarından biri İsrailin “Knafaim” holdinqi olan Kiprin “TUS Airways” aviaşirkəti icra edib. Səyahət vaxtı 3 saat 35 dəqiqə olub.

Bildirilr ki, “TUS Airways” Tel-Əvivdən Dohaya və əks istiqamətdə ümumilikdə altı birbaşa uçuş həyata keçirəcək. Mundialdan sonra uçuş proqramı davam etdirilməyəcək.

Qeyd edək ki, ümumilikdə 10 minə yaxın israilli və fələstinli Dünya Çempionatının oyunlarına bilet alıb.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri