23 
Noy
2022
00:56
24
124
2513
Virtual karabakh

“Avroviziya”da səsvermədə yenilik olacaq

23 Noy, 2022
00:56
2513

“Avroviziya”da səsvermədə yenilik olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Yayım Birliyi 2023-cü ildə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsilə bağlı yenilikləri açıqlayıb.

Artıq müsabiqədə iştirak etməyən ölkələrdən olan tamaşaçılar da “Avroviziya”nın qalibinə səs verə biləcəklər.

Həmçinin, yeni mövsümdə hansı ölkələrin yarımfinala yüksələcəyini yalnız tamaşaçılar müəyyən edəcək.

Finalda isə qalibi müəyyən etmək üçün münsiflər heyətinin səsləri əvvəlki kimi tamaşaçıların səsləri ilə birləşdiriləcək.

Qeyd edək ki, 2023-cü ildə 9, 11 və 13 may tarixlərində Liverpulda keçiriləcək 67-ci Avroviziya mahnı müsabiqəsində 37 ölkə qalib olmaq üçün mübarizə aparacaq. 

Mənbə: telegraf.com.ua

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri