23 
Noy
2022
14:44
220
16
2469
Virtual karabakh

Çinin ən böyük “iPhone” zavodunda işçilərin kütləvi etirazları başlayıb - VİDEO

23 Noy, 2022
14:44
2469

Çinin ən böyük “iPhone” zavodunda işçilərin kütləvi etirazları başlayıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin Çjençjou şəhərində “iPhone” istehsal edən “Foxconn” zavodunda çalışan və rəhbərliyin koronavirus epidemiyasından qorunmaq üçün gördüyü tədbirlərdən narazı qalan işçiləri etiraz aksiyası keçiriblər. 

İşçilər çubuqlarla müşahidə kameralarına və pəncərələrə zərbələr endiriblər. Çin rəsmiləri məsələ ilə bağlı hələlik heç bir şərh verməyiblər.

Etiraz işçilərin COVID-19-un hazırda qapalı olan fabrik daxilində yayılması və əməkhaqqının verilməməsi qorxusu ilə başlayıb.

Bu gün səhər saatlarından zavodun yüzlərlə işçisi yataqxanalarını tərk edərək mühafizəçiləri keçməyə çalışıblar. Bildirilir ki, eyni zamanda mühafizəçilər dəyənəklərlə yerə yıxılan insanları döyüblər. Bir neçə işçi yaralanıb, daha sonra “Foxconn”a polislər gəlib.

Həmçinin bildirilir ki, qəzəbli insanlar narazılıqlarını ifadə etmək və onların COVID-19 testinin nəticələrini şübhə altına almaq üçün şirkətin menecerlərindən birini konfrans zalında mühasirəyə alıblar.

Noyabrın əvvəlində “Apple” etiraf edib ki, Çjençjou şəhərindəki “Foxconn” zavodu koronavirus məhdudiyyətləri səbəbindən “əhəmiyyətli dərəcədə azaldılmış gücdə işləyir”.

Hələ sentyabrın ortalarında Çin hakimiyyəti şəhərin ən sıx məskunlaşılan ərazilərindən birində sərt məhdudiyyətlərin tətbiq edildiyini elan edib və “Foxconn” zavodunda sanitar məhdudiyyətlər tətbiq olunub. Bu, işçilərin narazılığına səbəb olub, onların bir qismi müəssisəni tərk ediblər. Bildirilib ki, noyabrda zavodda hasilat 30% azala bilər.

Mənbə: Bloomberg

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri