24 
Noy
2022
14:13
35
183
1708
Virtual karabakh

Çində virusa nəzarət etmək getdikcə çətinləşir: Rekord yoluxma qeydə alındı

24 Noy, 2022
14:13
1708

Çində virusa nəzarət etmək getdikcə çətinləşir: Rekord yoluxma qeydə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin hökuməti ölkədə koronavirusa yoluxma hallarının sayının artması ilə bağlı tarixi rekorda imza atıb.

Ölkənin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin açıqladığı məlumatlara görə, son sutka ərzində həkimlər 31 656 yoluxma halı aşkar ediblər.

Bundan əvvəl Çində yoluxma hallarının maksimum artımı aprelin 14-də qeydə alınıb - 29 411 hal. Departamentin rəsmi açıqlamasından məlum olur ki, son sutka ərzində qeydə alınan yoluxanların 87%-i asimptomatik daşıyıcıdır.

Noyabrın 23-də Çində daha bir nəfər COVID-19-dan dünyasını dəyişib və bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 232 nəfərə çatıb.

Son günlər Çində koronavirusun yayılması nəzərəçarpacaq dərəcədə sürətlənib.

Çin səlahiyyətliləri tərəfindən gündəlik dərc edilən hesabatlara görə, hökumətin və həkimlərin COVID-19-a qarşı “sıfır dözümlülük” siyasətinin həyata keçirilməsində əldə etdikləri böyük təcrübəyə baxmayaraq, ölkədə virusa nəzarət etmək getdikcə çətinləşir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri