24 
Noy
2022
18:04
24
166
923
yuxarı
Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur
24 Noy, 2022
18:04
923
24
166
Ukraynanın üç sərhəd-keçid məntəqəsinin fəaliyyəti dayanıb: Elektrik yoxdur
Ukraynanın Macarıstan və Rumıniya ilə sərhədində üç keçid məntəqəsinin fəaliyyəti dayanıb.
Buna səbəb elektrik təchizatının olmamasıdır.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama verib.
“Məlumat veririk ki, enerji təchizatının olmaması səbəbindən Rumıniya ilə sərhəddə yerləşən “Solotvino” və Macarıstanla sərhəddəki “Kosino” və “Dzvinkovo” keçid məntəqələrində sərhədi keçmək istəyən insanların və nəqliyyat vasitələrinin qeydiyyatı dayandırılıb”, - deyə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Səyahətçilərdən imkan daxilində digər keçid məntəqələrindən keçmələri xahiş olunur.
Mənbə: Yevropeyskaya pravda
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək